“Rio-2016”: Abdulqadir Abdullayev nakautla başladı
“Rio-2016”: Abdulqadir Abdullayev nakautla başladı
08 Avqust 2016 / 21:49 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub. 

Boks yığmamızın daha bir üzvü Abdulqadir Abdullayev rinqə çıxıb.

91 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verib. Avropa Oyunlarının qızıl mükafatçısının rəqibi fransalı Pol Omba Bionqolo olub.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Rəqibinə ilk iki raundda şans verməyən Abdullayev daha sonra fransız idmançının zədələnməsi səbəbindən texniki nakautla qələbə qazanıb.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. 49 kq çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kq-da çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə start verib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə