Rezidenturaya ixtisas seçimi başladı
Rezidenturaya ixtisas seçimi başladı
01 Avqust 2016 / 11:54 / Baxış sayı: 430
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlanıb.

Bizimxeber.az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiq etməlidirlər.

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə, həmçinin 2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə