Reydlər başlayır – Son gün
Reydlər başlayır – Son gün
15 Noyabr 2016 / 9:17 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər.

Bizimxeber.az  bildirir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin sürücülər 150 manat məbləğində cərimə ediləcəklər: “May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə