Restoran və şadlıq evlərindən şikayətlər gəlir
Restoran və şadlıq evlərindən şikayətlər gəlir
16 Avqust 2016 / 12:16 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bu il şadlıq evləri və restoranlarda köhnə qidalar, antisanitariya şəraiti və zəhərlənmələr müəyyən olunmayıb. Bəzi şikayət xarakterli anonim məktublar gəlir ki, araşdırma zamanı onların şəxsi münasibətlər zəminində yazıldığı məlum olur”. 

Bunu virtualaz.org-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib. Mərkəz tərəfindən yoxlamaların dayandırıldığını deyən şöbə müdirinin sözlərinə görə, yalnız şikayətlər olarsa, yoxlamalar aparmaq mümkündür: “Bu il iaşə obyektlərində – şadlıq evləri və restoranlarda zəhərlənmə halı qeydə alınmayıb.

Ümumiyyətlə, bizə belə hallarla bağlı şikayət daxil olmayıb. Gələn şikayətlər ya aidiyyəti üzrə olmur, ya da şəxsi münasibətlər zəminində, qərəzli olur. Məsələn, bu yaxınlarda Gədəbəy rayonun mərkəzi bazarından antisanitariya şəraiti ilə bağlı anonim məktub almışdıq. Amma araşdırma zamanı məktubun qərəzli olması ortaya çıxdı”. Qeyd edək ki, bu ilin 7 ayı ərzində 396 qidadan zəhərlənmə hadisəsi qeydə alınıb ki, nəticədə 502 nəfər zərər çəkib.

Xatırladaq ki, ötən il noyabr ayının 1-dən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” ilə bağlı imzaladığı fərmana əsasən bütün planlı yoxlamaları dayandırıb. Yoxlamaların aparılmasına İqtisadiyyat Nazirliyi tərəfindən insanların həyat sağlığına təsir göstərən faktlar aşkarlanarsa, icazə verilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə