Restoran sahibini hədələyib pul tələb edən keçmiş məhkum tutuldu
Restoran sahibini hədələyib pul tələb edən keçmiş məhkum tutuldu
26 İyul 2016 / 12:21 / Baxış sayı: 1100
Font1 Font2 Font3 Font4
Bizimxeber

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Xaçmazda əməliyyat keçirib. 

Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb etmiş Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub. Ondan 3,225 qram heroin götürülüb.

Araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə