Dərin multikultural ənənələrə sahib müxtəlif etnik mənşəyə malik olan insanların azad birgəyaşayış məkanı olaraq Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək, xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb buraxılmamasına dair özü qərar verir.

XƏBƏRLƏR:  Hicran Hüseynova Ağdama niyə helikopterlə getdi?

Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq yaxşı bilir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal və təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilib. 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün həyatını yaşayır.

Xocalı faciəsini xatırlatmaq istərdik ki, erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsilə Ermənistan silahlı qüvvələri tərəfindən bütün Xocalı sakinləri bir gecənin içində soyqırıma məruz qalmışlar. Bu ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan əhalisinə qarşı törətdiyi hücumlar və təxribatlar nəticəsində  bir qadının  və onun 2 yaşlı  nəvəsinin ölməsi faktı Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı bu kimi terror-təxribat siyasəti aparılmasının daha bir sübutudur.  Xüsusən də belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur.

XƏBƏRLƏR:  Əli İnsanovun kef məclisi üçün hazırladığı “Qırmızı otaq” – Sensasion açıqlama

Ümumiyyətlə,  məsələnin həssaslığını nəzərə alaraq heç bir ölkə tərəfindən bu məsələ qaldırılmadığı halda,  Rusiya tərəfindən, sözügedən məsələyə bu dərəcədə diqqətin yetirilməsi heç bir halda başa düşülən deyildir. Təəssüflər olsun ki, ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı Rusiya tərəfindən biganəlik göstərilir.

Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və biz də gözləyirik ki, Rusiya Federasiyası öz üzərinə düşən məsuliyyətdən çıxış edərək münaqişənin  tezliklə həll olunması istiqamətində səylərini daha da artıracaq  və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacaqdır. Nəticədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunacaqdır. Ondan sonra insanların da sərbəst gediş gəlişi üçün imkan yaranmış olacaqdır. Azərbaycan tərəfinin bu mövqeyi dəfələrlə müvafiq şəkildə Rusiya XİN-in diqqətinə çatdırılıb”.