Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Rekord qıran film Bakıya gəlir – Fotolar + Video

1884 oxunma | Tarix: | 1 ay öncə

Dörd gün əvvəl Türkiyədə premyerası olan və həftəsonu minlərlə izləyici tərəfindən baxılan “7. Koğuştaki Mucize” filmi Azərbaycanda da göstəriləcək.

Baş rolda Aras Bulut İynemlinin rol aldığı ekran işi sabahdan etibarən Nizami Kino Mərkəzində nümayiş etdiriləcək. Bir gün ərzində 4 dəfə göstəriləcək kinonun biletləri artıq satışa çıxarılıb.

Bu məqamda qeyd edək ki, sözügedən layihə 16 il ərzində ən yaxşı oktyabra giriş edən ekran işidir.  3 gün ərzində 615.411 insan tərəfindən baxılan ekran işinin rejissoru Mehmet Ada Öztekindir.

Film 7 yaşlı qızı ilə eyni zəkaya sahib olan atanın ədalət arayışından bəhs edir. Belə ki, 1983-cü ildə Ege qəsəbəsində kiçik qız uşağı ölür. Ölən qız fövqəladə vəziyyət komandirinin qızıdır və onun ölümündə təqsirləndirilən şəxs nənəsi ilə yaşayan və 7 yaşında qızı olan Memodur. Memo nə qədər təqsirsiz olduğunu desə də, ona heç kim inanmır. Edam cəzası alan Memonun yaxınları ədalətin bərqərar olmasına çalışarkən, Memo və qızı Ovanın tək istəyi bir-birilərinə qovuşmaqdır.

XƏBƏRLƏR:  Tacir Şahmalıoğlu: “Fədayə nə danışdığını bilmir” (VİDEO)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir