Referendum üzrə “Vətəndaş cəmiyyəti” Qobustan rayonunda tədbir keçirdi
Referendum üzrə “Vətəndaş cəmiyyəti” Qobustan rayonunda tədbir keçirdi
08 Sentyabr 2016 / 15:02 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4
Bizimxeber

Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Qobustan rayonunda ilk tədbirini keçirmişdir. Tədbirdə referendum üzrə “Vətəndaş cəmiyyəti”təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri MQF-nin prezidenti Rauf Zeyni və “Qarabağ Araşdırmalar Mərkəzi” İB-nin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq tədbirdə iştirak etdikləri üçün “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu adından onlara öz minnətdarlığını bildirmiş, tədbir iştirakçılarını dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq təbrik etmiş və millətimizə, xalqımıza uğurlar arzulamışdır.

Bundan sonra Rauf Zeyni 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun 4 avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ilə bağlı məruzə ilə çıxış edən Elçin Əhmədov sentyabrın 26-da reallaşacaq referendum aktının mahiyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat vermişdir. O bildirmişdir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək üçüncü referendumdur.

Yəni, bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və mahiyyəti haqqında , eləcə də hazırkı keçiriləcək referendum aktının 29 maddədən, yəni, 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin mahiyyəti barədə danışmışdır. Elçin Əhmədov həmçinin konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin 3 blokda cəmləşdiyinin mahiyyəti üzrə izahat vermişdir. Ümumilikdə konstitusiyaya ediləcək bu əlavə və dəyişikliklərin son 7 il ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəldiyini vurğulamışdır.

Sonda tədbir zamanı iştirakçıların sualları cavablandırılmışdır. Belə ki, vətəndaşların suallarına cavab olaraq Milli Məclisə seçkilərin yaş senzinin 18 yaşa endirilməsi və vətəndaşları maraqlandıran digər suallara izahat verilmişdir. Yekunda Rauf Zeyni çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirərək tədbiri yekunlaşdırmışdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə