Referendum günü Azərbaycanda hava necə olacaq? – PROQNOZ
Referendum günü Azərbaycanda hava necə olacaq? – PROQNOZ
25 Sentyabr 2016 / 12:53 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu nun gecə 15-18° isti, gündüz  20-24° isti, Bakıda gecə  15-17° isti, gündüz  21-23° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz  60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti,  gündüz 11-16° isti olacağı gözlənilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə