“Referendum baş tutmuş hesab olunur” – Rəsmi açıqlama
“Referendum baş tutmuş hesab olunur” – Rəsmi açıqlama
26 Sentyabr 2016 / 14:07 / Baxış sayı: 856
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İlkin nəticələrə əsasən Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılır”.

Bunu AzNews.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib. Onun sözlərinə görə, referendum zamanı 25 faizlik baraj aşılarsa, bu səsvermənin baş tutması deməkdir: “Qanunla vahid seçki siyahısında olan seçicilərin 25 faizdən çoxu səsvermədə iştirak etdikdə referendum baş tutmuş hesab olunur. Səsvermədə iştirak edən seçicilərin yarıdan çoxu referenduma çıxarılmış məsələnin lehinə səs vedikdə isə referendum qəbul olunmuş hesab olunur. İlkin nəticələrə əsasən 30,6 faiz seçici səsvermədə iştirak edib. Buna görə demək olar ki, referendum baş tutub. Lakin bu, hələ ilkin nəticədir. Yekun sözü saat 19:00-dan sonra demək olar”.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanda referendum keçirilir. Satt 12:00-a olan nəticələrə əsasən ölkə üzrə seçicilərin 30,6 faizi səsvermədə iştirak edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə