“Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər” – Prezident
“Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər” – Prezident
18 Oktyabr 2016 / 12:28 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Münaqişənin həllini biz bu cür görürük”.

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: “Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə