Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Rayonların su pasportu hazırlanır” – “Azərsu” sədri

730 oxunma | Tarix: | 7 gün öncə

“Abşeron yarımadasında böyük işlər görülüb. Fasiləsiz su alanlar 30 faizdən 81,5 faizə qalxıb”. Bu barədə məlumatı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında deyib.

Sədr bildirib ki, Bakıətrafı 27 qəsəbədə  270 km uzunluğunda su xətti çəkilib: “Hazırda Gəncə, Şəki, Şirvan, Qax və Şəmkir rayonlarında kanalizasiya işləri aparılır. 5 rayonda isə – Yevlax, Bərdə Horadiz, Balakən, Neftçala işlərə artıq start veriləcək. 

XƏBƏRLƏR:  Nəriman Nərimanovun büstü baxımsız vəziyyətdədir - Video

Yağıntıların az olması ilə bağlı iyun, iyul aylarında bir neçə rayonda su çatışmazlığı yaşandı. Bu səbəbdən Gədəbəy və Lerikdə alternativ su mənbələrinin tikilməsinə başlanılıb, gələn il isə Şamaxı, Tovuz və Şəkidə başa çatması planlaşdırılıb.

Regionlarda suyun keyfiyyəti ilə bağlı onu deyə bilərəm ki, regional laboratoriyalar yaradıldı və ilk mərhələdə qurumun öhdəliyində olan bütün su mənbələrinin nəzarətə götürülməsi planlaşdırılır. Rayonların su pasportu hazırlanır. Bir çox kənd var ki, orada ciddi su problemi var və artıq 18 kənddə layihə əsasında işlərə başlanılıb”.

XƏBƏRLƏR:  Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir