Bunu Politika.Az-a şikayət məktubunda oxucu Tahir Qafarov yazıb. Onun sözlərinə görə, referendumdan sonra Füzulinin icra başçısı Alı Alıyevin planları alt-üst oub:

“İşlədiyi müddətdə Alı Alıyev Füzulidəki bütün boş torpaqların hamısını özünün qohumlarının, özünə yaxın idarə müdirlərinin qohumlarının adına keçirib.

Bütün bu qanunsuzluqları Füzuli rayon Təhsil Şöbəsinə yenicə təyin edilmiş başçının yaxın qohumu Hüseyn Abbasov həyata keçirir. Abbasov Kənd Təsərrüfatı Nazirliyində olarkən bütün subsidiyalar onun əli ilə sənədləşdirilərək mənimsənilib”.

T.Qafarov qeyd edib ki, Füzulidə adam öldürdüyünə görə 8 il iş alan İsmayıl Abbasovun əlində bu saat 2500-3000 ha torpaq sahəsi var: “İş o yerə çatıb ki İsmayıl Abbasov verilən torpağın özünə və başçıya lazım olan hissəsini hər il əkir, qalanını isə kim pulunu ödəyirsə ona icarəyə verir. Qiymətlər belədir – 10 hektar 10000 manat . Bundan başqa rayonun ərazisində coğrafi resursu olan təpə və onun ərtrafındaki olan torpaqların hamısını bu adam və onun oğlanlarına bağışlayıb. Hətta bu il İsmayıl Abbasov guya başçını 22 ha sahəsini də biçib. Heç kim ona heç nə deməyib.

Bunu Füzulidə bilməyən yoxdur. Sonradan müəyyən olub ki bu sahə başçının imiş. Camaatın qınağından qorxaraq İsmayıla biçdirib. Hazırda başçının 1-ci müavini olan B.Aslanovun kəndində tikdirdiyi taxıl anbarına tökdürüb. Taxıl biçini qurtardıqdan sonra baha qiymətə dövlətə satır”. Şikayətçi daha bir fakt göstərib: “Başqa bir cinayətkar Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlət əmlakını taladığı üçü 7 il 3 ay cəza almış Əmir Muxtarovdur.

Başçı ona da 1500 ha torpaq sahəsi verib. Hələ üstəlik qaçqınlar üçün qaçqın komitəsindən verilmiş ən böyük gücü olan transformator da Əmirə xidmət edir. Bir müddət bundan əvvəl 100 nəfərə yaxın sahibkar,açıq imza ilə prezidentə müraciət etmişdilər.

İndi deyin 100.000 hektar sahədən su artar ki camaata da torpaq pambıq əkib torpaq becərsin? Ona görə də başçı bütün idarə müdirlərinə tapşırıq verib ki yerin deşiyindən olsa pulla pambıq tapıb rayonun adına yazdırsınlar. Bütün bunları və bunun kimi minlərlə faktları cənab prezident sizə kim çatdırsın?

Füzuli rəhbərliyi büdcə təşkilatlarının hesabına Horadizi bəzəyib düzəyib onun arxasında pərdələnir. Füzulidə vəziyyət çox dözülməzdir. Bəlkə də referendum bu cür mütəşəkkil keçirilməsəydi biz də illərlə ürəyimizdə yığılıb qalan məsələləri bu cür mətbuat vasitəsi ilə açıqlamazdıq. Siz, cənab prezident bizim canımızı bu acgöz məmurlardan qurtarın”.

Bizimxeber.az