Rauf Mirqədirov İsveçrədən sığınacaq istəyib
Rauf Mirqədirov İsveçrədən sığınacaq istəyib
01 Noyabr 2016 / 12:13 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 16-da ölkədən gedən jurnalist Rauf Mirqədirovun İsveçrə hökumətinə sığınmaq məqsədilə müraciət etdiyi bildirilir. 

Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev danışıb. Vəkilin bildirməsinə görə, R.Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir: «Mənim bu haqda informasiyam ancaq bu qədərdir», – deyə F.Ağayev bildirib. 

2014-cü ilin aprelində Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mirqədirova 6 il həbs cəzası verilib. Amma bu il Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı hökmü dəyişdirərək, 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib. R.Mirqədirov bu il sentyabrın 16-da ölkədən gedib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə