Rasim Balayev sərt danışdı: “Səviyyəsiz seriallara…”
Rasim Balayev sərt danışdı: “Səviyyəsiz seriallara…”
20 Sentyabr 2016 / 11:54 / Baxış sayı: 514
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın məşhur kino aktyoru, xalq artisti Rasim Balayev istirahətdən qayıdıb. Bu barədə Ölkə.Az-a açıqlama verən sənətkar bildirib ki, on iki gün Türkiyənin Antalya şəhərində istirahət edib.

Səhhəti barədə danışan xalq artisti bunları deyib: “Hər xəstəlikdən bir az varımdır. Bir az təzyiq, bir az şəkər. Bilirsiniz, 45 il kamera qarşısında olan adam birdən-birə evdə oturdum. Görünür, bu məndə ruh düşkünlüyü, ümidsizlik yaratdı. Arabir çayxanaya gedirəm, insanların arasına çıxıram. Görürəm ki, onda əhvalım düzəlir. Tay-tuşlarımın da sırası seyrəlib. Sonuncu dəfə “Sübhün səfiri” filminə çəkildim. Ondan sonra heç nəyə çəkilməmişəm. Səviyyəsiz seriallara çağırırlar. Mən də getmək istəmirəm”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə