Ramiz Mehdiyev Dövlət Komissiyasının rəhbəri oldu
Ramiz Mehdiyev Dövlət Komissiyasının rəhbəri oldu
14 Noyabr 2016 / 14:41 / Baxış sayı: 1736
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Prezidenti İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranıb.

Bizimxeber.az xəbər verir ki, sərəncam qeyd edilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzalanıb. Sərəncama əsasən Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. On üzvdən ibarət komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

Dövlət Komissiyasına sərəncamda göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmaq, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirmək, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə