Ramil Usubovun qaynına yüksək vəzifə verildi – YENİLƏNİB
Ramil Usubovun qaynına yüksək vəzifə verildi – YENİLƏNİB
28 Noyabr 2016 / 11:32 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daxili işlər orqanlarında yeni təyinat olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini Səfər Əliyev tutduğu vəzifədən azad edilərək katibliyin rəisi təyin edilib.

Qeyd edək ki, Katibliyin rəisi olmuş, polis general-mayoru Nüsrət Şirinov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib. N. Şirinov R. Usubovun qaynıdır.

11:02

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib. Lent.az mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib. O, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qaynıdır. Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə