Ramazan Məmmədov hansı yolla tenderləri udur?
Ramazan Məmmədov hansı yolla tenderləri udur?
23 Noyabr 2016 / 13:32 / Baxış sayı: 1090
Font1 Font2 Font3 Font4
Bizimxeber

Heç kimə sirr deyil ki, bu gün bir sıra dövlət müəssisələri, idarə və təşkilatlar tərəfindən elan edilən tenderlərin keçirilmə mexanizmi sözdə qaydalara uyğun olsa da, əslində vəziyyət tamam başqa cürdür. 

Belə ki, əksər hallarda elan edilən tenderlərin qalibi öncədən bəlli olur və bu proses sonradan gözdən pərdə asmaq üçün rəsmiləşdirilir. Mövzu ilə əlaqədar yetərincə bilgiyə sahib olan mənbənin bölüşdüyü informasiyada deyilir ki, hazırda müxtəlif dövlət qurumları tərəfindən elan edilən tenderlərin əksəriyyətinin qalibi olan şəxslərdən biri də Ramazan Məmmədovdur.

Adıçəkilən şəxsin özünü hər yerdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi təqdim etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Ramazan Məmmədov məhz bu yolla tenderlərin çoxunun qalibidir: «Deyilənlərə görə, Ramazan Məmmədov Bakı meriyasının işçisi olduğunu bildirməklə əksər hallarda maraqlarını təmin etməyi, müxtəlif dövlət qurumları tərəfindən elan olunan tenderləri udmağı bacarır.

Qeyd edək ki, əvvəllər bu işlər adını çəkmədiyim telekanallardan birinin rəhbərinin hesabına idi. Sonradan isə o, bu işləri başqa adamın əli ilə görür. Məsələnin maraqlı tərəfi ondadır ki, Ramazan Məmmədov az qala təmir-tikinti ilə bağlı bütün tenderləri ələ keçirməyi bacarır».

Əksər dövlət qurumları ilə bağlı təmir-tikinti işlərinin də Ramazan Məmmədovun nəzarətində olduğunu iddia edən mənbə bildirir ki, bütün bunlara baxmayaraq onun fəaliyyəti hələ də yoxlanılmayıb: «Halbuki ortada kifayət qədər şübhəli, müəmmalı məqamlar mövcuddur. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Ramazan Məmmədov Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevlə kifayət qədər yaxın münasibətlərə malikdir.

Deyilənlərə görə, Ramazan Məmmədov tenderlərdən, təmir-tikinti işlərindən əldə olunan vəsaiti məhz onun əli ilə alır. Bundan başqa, onu da qeyd etməliyəm ki, Ramazan Məmmədov təhlükə hiss etdiyi anda dərhal bu barədə Nadir Qarayevə məlumat verir, o isə öz növbəsində əlaqələrini işə salaraq iş birliyində olduğu şəxsi sığortalayır. Maraqlıdır, görəsən maliyyə naziri Samir Şərifovun 1 saylı Xəzinədarlıq İdarəsinin rəisinin əməllərindən xəbəri varmı?..»

Ramazan Məmmədovun kifayət qədər böyük kapitala sahib olduğunu deyən məlumatlı şəxs iddia edir ki, onun Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdə nəhəng biznes obyektləri, daşınmaz əmlakları, ticarət obyektləri var: «Deyilənlərə görə, Ramazan Məmmədov bu qədər sərvətə məhz təmir-tikinti işləri zamanı 5 manatlıq materialın qiymətini müvafiq sənədlərdə 10-15 manat göstərməklə sahib olub. Bir sözlə, o smeta layihəsində qiymətləri şişirtməklə milyonlar qazanıb və hələ də qazanmaqdadır. Müvafiq dövlət orqanları isə nədənsə bu günədək onun barəsində heç bir ölçü götürməyiblər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq./Gundelik-Baku.com/

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə