Rafiq Tağının yaxınları prokurorluğa müraciət edəcəklər
Rafiq Tağının yaxınları prokurorluğa müraciət edəcəklər
05 Avqust 2016 / 16:42 / Baxış sayı: 634
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 5-i mərhum yazıçı Rafiq Tağının doğum günüdür. 

Mərhumun həyat yoldaşı Mailə Tağıyeva bildirib ki, hər il olduğu kimi bu il də Rafiqin qəbrini ziyarət etməyə gedəcəklər: “Oğlum Asiman hərbi xidmətdən qayıdandan sonra, şirkətlərin birində işləyib, ailəni təmin edir. Qızım isə dördüncü kursda oxuyur. Pis dolanmırıq, hamı necə biz də elə”.

Mailə Tağıyevanın sözlərinə görə, anası Rafiq Tağının öldüyünü hələ də bilmir:”İndiyədək heç kim ürək edib, bunu ona deyə bilməyib”.

Həyat yoldaşı deyib ki, Rafiq Tağının yaxınları onun barəsindəki cinayət işinin yenidən icraata götürülməsi ilə bağlı prokurorluğa müraciət edəcək.

Rafiq Tağı 1950-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Moskva Tibb İnstitutunu bitirib. 1972-ci ildən başlayaraq, həkim kimi fəaliyyət göstərib. Gənc yaşlarından ədəbi yaradıcılıqla məşğul olub.

2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə…” adlı essesinə görə 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyindən xaric edilib. Rafiq Tağı “EQO” Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.

2006-cı ilin noyabrında Bakıda nəşr olunan “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə 3 il müddətinə həbs olunsa da, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılıb.

Yazıçının 2006-cı ildə “Sənət” qəzetində çıxan “Avropa və biz” məqaləsindən sonra iranlı ayətulla Fazil Lənkərani onun haqqında ölüm fitvası verib.

2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, “İran və Qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. 2014- cü ilin yanvar ayında prokurorluq icraatın dayandırılması ilə bağlı qərar qəbul edib. Buna səbəb kimi hadisəsini törədən şəxsin müəyyən edilməməsi göstərilib.\qaynarinfo.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə