Rəsmi XİN Avropa Şurasındakı çıxışa rəy bildirib
Rəsmi XİN Avropa Şurasındakı çıxışa rəy bildirib
12 Oktyabr 2016 / 22:06 / Baxış sayı: 1210
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan XİN: “İşğal və təcavüz faktı aradan qaldırılmalıdır”

Münaqişənin fundamental əsasını təşkil edən işğal faktı aradan qaldırılmadan AŞ-nın monitorinq mexanizminin tətbiq olunması hər hansı faydalı nəticə verə bilməz.

Bunu “Trend”ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının Baş katibi Turbörn Yaqlandın Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.

Qeyd edək ki, T.Yaqland AŞ-nın monitorinq missiyalarının münaqişə zonalarına səfər zərurəti barədə danışıb.

H.Hacıyev bildirib ki, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan işğal və təcavüz faktı aradan qaldırılmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır: Xatırlatmaq istərdik ki, AŞPA-nın 2000-ci il tarixli 221-saylı rəyinə əsasən Ermənistan AŞ-ya üzvlüyü çərçivəsində münaqişənin həlli ilə əlaqədar öz üzərinə öhdəliklər götürüb. Münaqişənin həllinə töhfə vermək məqsədilə AŞ məhz bu öhdəliklərin Ermənistan tərəfindən icrasını və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsini tələb etməlidir”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə