Rəsmi Ukrayna jurnalistin həbsini təkzib etdi
Rəsmi Ukrayna jurnalistin həbsini təkzib etdi
16 Avqust 2016 / 23:21 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukrayna Təhlükəsizlik  Orqanları (UTO) müxalifətçi jurnalist və publisist Miroslava Berdnikin həbs xəbərini təkzib etdi.

Bizimxeber.az TASS-a istinadən bildirir ki, UTO-nın  mətbuat xidməti facbook sosial şəbəkəsində “bu xəbərlər doğrunu əks etdirmir” bəyanatı verib. 

Verilən məlumata görə Berdnikin “Canlı jurnal” bloqunun materiallarının  Ukraynada hakimiyyət dəyişikliyinin güc tətbiq etməklə olduğu barədə materiallarla əlaqəli olması ilə bağlı yoxlama aparılıb.

Bu yoxlama çərçivəsində Berdnikin Zoporojeyidakı mənzilində 3 saat axtarış aparılıb, kompyuteri, telefonu, flaşka və Böyük Vətən müharibəsindən bəhs edən broşürlər götürülüb.

 Bununla belə Berdnikin qızı İrina Bessmertnaya iddia edir ki, anası axtarışdan sonra UXO əməkdaşları tərəfindən saxlanılıb. Onun sözlərinə görə, jurnalistə dindirilmək üçün aparıldığı deyilib.
Besmertnaya Zaporojeni yaxşı tanımadığı üçün onu da UXO-ya aparmaqlarını rica edib.
Miroslava Berdnik jurnalist, yazıçı və publisistdir. O Sovet Ukraynasının fantasitik yazar və hüquqmüdafiəçisi Olesya Brednikin qızıdır. Berdnik  Ukraynada qadağan edilmiş  “Yad oyunda piyadalar. Ukraynada millətçiliyin sirli tarixi” kitabının müəllifidir. Miroslava Berdnik Maydan hərəkatının və hazırki iqtidarın da kəskin tənqidçisidir.
Bizimxeber.az

 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə