“Rəqib barədə məlumatlı deyilik”-Qarabağ rəsmisi
“Rəqib barədə məlumatlı deyilik”-Qarabağ rəsmisi
05 Avqust 2016 / 15:59 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Rəqib barədə tam məlumatlı deyilik. Bu səbəbdən, “Göteborq”un nə dərəcədə münasib komanda olduğunu indidən demək düzgün çıxmaz”. Bunu “Report”a açıqlamasında “Qarabağ” futbol klubunun direktoru Əmrah Çelikel Avropa Liqasının “pley-off” mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib. 

O bildirib ki, baş məşqçi Qurban Qurbanov hazırlıq və uğurlu çıxış üçün lazımi tədbirləri görəcək, klub rəhbərliyi isə onun addımlarını dəstəkləyəcək.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında 2013-2014 mövsümündə İsveçin digər təmsilçisi “Gefle” ilə üz-üzə gəlib. III təsnifat mərhələsinə təsadüf etmiş hər iki qarşılaşmada Ağdam təmsilçisi qalib gəlib – 1:0, 2:0.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə