Rəfael Cəbrayılovun həyat yolundan ilginc faktlar: “cadugər…”, “atılmış pul” və baş prokurorla ziddiyyət
Rəfael Cəbrayılovun həyat yolundan ilginc faktlar: “cadugər…”, “atılmış pul” və baş prokurorla ziddiyyət
11 Noyabr 2016 / 16:51 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ümumiyyətlə, biznesmen deputat kimi tanınan Rəfael Cəbrayılov xeyli vaxtdır medianın gündəmindədir. Onun tikinti şirkətinin payçıları aldatması barədə şikayətlər tirajlanır. 

Deputatın adına neçə dəfə səhifəlır açılıb, sildirib. Parlament seçkiləri bitər-bitməz adı ən çox qalmaqallarda hallanan deputat Rəfael Cəbrayılovdur. Şirvandan seçilən millət vəkili olan R.Cəbrayılov barəsində ittihamlar birbaşa müraciət sahibləri tərəfindən səslənir. Bu dəfə də Anaxeber.az-a deputatla bağlı ilginc məlumatlar daxil olub.

R.Cəbrayılovun həyat yolu haqda tam bilgili olan mənbə onun hələ uşaqlıq və gənclik illərinə də nəzər salıb. Bununla bağlı ANAXEBER.AZ-a danışan mənbə bu şəxsin yeniyetmə dövrü haqda danışarkın indiki Şirvan, o zamankı Əlibayramlı şəhərində “cadugər Nazilə” kimi tanınan xanımın adını çəkmiş, bir İran vətəndaşını öldürərək 15 il həbs cəzası alan qohumdan danışmış, qarmonçu Aslanla qohumluq əlaqələrinə toxunmuşdur. Kifayət qədər şəxsi həyata bağlı olan bu məqamlar haqda daha ətraflı növbəti yazımızda bəhs edəcəyik.
Mənbənin sözlərinə görə, R.Cəbrayılov prokurorluq sistemində Əli Ömərovun kadrı kimi tanınıb. Ə.Ömərovdan sonra pul hesabına prokurorluq sistemində yüksəlmək istəyən Cəbrayılov deyilənə görə bir akademikə Bakı şəhər rayonlarının birində prokuror olmaq üçün xeyli miqdarda rüşvət verib. Amma bu istək baş tutmayıb və R.Cəbrayılov Dəvəçi rayonuna prokuror köməkçisi təyin edilib.
Mənbənin bildirdiyinə görə həmin dövrdə pulu batan Cəbrayılov xeyli adama borclu qalıb və bir müddət hamıdan gizlənib. Bunun ardınca R.Cəbrayılov Z.Qaralov tərəfindən Baş Prokurorluqdakı vəzifəsindən uzaqlaşdırılıb. Uzun müddət qovulmanın şokundan çıxa bilməyən Cəbrayılovun hər uğursuzluğunda baş prokuroru günahlandırıb. Eləcə də 2005-ci il parlament seçkilərində Şirvandan seçilə bilməməyin səbəbkarı olaraq da baş prokuroru görüb, hətta bir neçə yerdə hakimiyyətə qarşı narazılığını bildirib.
Mənbənin iddiasına görə o vaxt R.Cəbrayılov 3 gün MTN-nin zirzəmisində saxlanılaraq “sakitləşdirilib”. Nəhəyət əvvəl Binəqədi, daha sonra isə Şirvan seçki dairəsindən mandat alan Cəbrayılovun sonrakı yüksəlişi də macəralarla dolu olub.

Son günlər deputat Rəfael Cəbrayılovla bağlı mediada ard-arda yazılar dərc olunur. Son olaraq sosial şəbəkədə növbəti ifşaedici kampaniya başlayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə