Qurban bayramı Gəncədə təntənəli qeyd edilib
Qurban bayramı Gəncədə təntənəli qeyd edilib
12 Sentyabr 2016 / 17:29 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Qurban bayramı” münasibətilə Gəncə şəhərinin müxtəlif ərazilərində qurbanlıq heyvanlar kəsilərək Qarabağ əlilləri, şəhid ailələri, aztəminatlı və imtiyazlı ailələrə paylanıb.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olnunan qurbankəsmə aksiyasında həm iribuynuzlu, həm də xırda buynuzlu heyvanlar kəsilib.

Ümumilikdə 15 baş iribuynuzlu, 540 baş xırdabuynuzlu heyvan kəsilərək 13.000 ailəyə paylanılıb. Şəhərin on ayrı-ayrı məntəqəsində kəsilən iri və xirda buynuzlu heyvanların ətlərindən uşaq evlərinədə sovqat göndərilib.

Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev bildirib ki, heyvanlar baytar sanitar tələblərə uyğun olan şəkildə kəsilir. Baytar həkimlər tərəfindən bütün kəsim nöqtələrinə nəzarət olunur. Şəhər rəhbərliyi tərəfindən ayrılmış xüsusi yerlərdə heyvanların diri satışı və kəsimi təşkil olunur.

İdarə bayramla bağlı gücləndirilmiş iş rejimində çalışır.

Qurban payları siyahı əsasında tək-tək sahiblərinə çatdırılıb. Qurban payı alan insanlar bu müqəddəs gündə onları yada salan və bayram payı ilə sevindirən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Səttarzadə Xalidə -şəhid ailəsi: “Ən gözəl işlərdən biri budur ki, qurban bayramında camaatı sevindirirlər. Ölkə rəhbərinə, şəhər rəhbərinə və təşkilatçılara təşəkkür edirəm”.

Məmməd Rəhimov – Qarabağ əlili: “Qarabağ əlilləri, veteranları və şəhid ailələri üçün qurban payları hazırlanıb. Bizlərə göstərilən diqqətə görə şəhər rəhbərinə bu kateqoriyadan olan insanlar adından dərin minnətdarlığımı bildirirəm”.

İmamzadə ziyarətgahında kəsilən qurbanlardan isə Gəncə şəhərində fəaliyyət göstərən məscidlərə qurban payları göndərilib.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə