Qulu Məhərrəmli: “O verilişin teatrlaşdığı dərhal bilinirdi”
Qulu Məhərrəmli: “O verilişin teatrlaşdığı dərhal bilinirdi”
14 Noyabr 2016 / 16:49 / Baxış sayı: 1674
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xoşqədəm Hidayətqızının ATV də yayımlanan “Səni axtarıram” verilişinin kadrarxası görüntülərinin yayılması ciddi müzakirəyə səbəb olub. ATV kanalının rəhbərliyi verlişin elə bu səbəbdən bağlandığını X.Hidayətqızının saxtakar olduğunu açıqlayıb.

Bu arada “Kulis.az” teleradio üzrə mütəxəssislərin rəyini öyrənib. Telemütəxəssis, professor Qulu Məhərrəmli bildirib ki, nadir hallarda o verlişə baxıb: “Həmişə “dermantin” təsiri bağışlayıb mənə. Axıdılan göz yaşları, kədərli anlar…

O verilişin teatrlaşdığı dərhal bilinirdi. Bu tragikomediyadır . O görüntülərə də baxdım. Ürəyim ağrıyır. İnsanların yaşantıları, hisləri ilə oynamaq olmaz, qətiyyən olmaz. Bu cür proqramlar bir az dramaturgiya, bir az televizordan başı çıxan, bəsirət gözü açıq, hissiyyatı olan adamlar üçün tamamilə nəyə xidmət etdiyi aydındır. Bu cür proqramlar kifayət qədərdir. Belə proqramların yerinə mədəniyyət verilişləri, teatr verilişləri, poeziya dəqiqələri verilişləri olmalıdır… Bunlar gəlib başqasının yerində oturublar. Bileti əldə olan biz, ancaq bizim yerimizdə oturan onlar. Ədəbiyyat, sənət verilişlərinə baxılmır. Üç dəfə, beş dəfə baxandan sonra hamı alışacaq. Efirlə bağlı çox ciddi islahatlar getməlidir. Səviyyə ilə bağlı məsələ ayrıdır. Bunlar insanların hisləri ilə oynayırlar. Bir dəfə Habil Əliyevi verilişə çağırıblar, sənətkar itkin adamları görəndə ürəyinin ağrıdığını deyib. Bu rüsvayçılıqdır, biabırçılıqdır”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə