Əsas menu

“Qriqoryanda hansısa foto-video görüntülər varsa…” – Polkovnik  

“Qriqoryanın bəyanatı ilə bağlı artıq Müdafiə Nazirliyi öz münasibətini bildirib. Məsələ ondadır ki, nəzarət deyəndə bunlar nəyi nəzərdə tuturlar? Sadəcə “nəzarət” sözü ilə fikirlərini tamamlayırlar”.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı bəyanatından danışarkən bildirib. O vurğulayıb ki, cəbhə bölgəsində nəzarət bizim Silahlı Qüvvələrin bölmələrindədir:

“Bölmələrimiz cəbhəboyu bütün ərazilərə nəzarət edərək düşmənin hər hansı bir təxribatını hələ başlamamışdan öncə lazımi tədbirlərlə qabağını alırlar. İndiyə kimi çoxsaylı belə tədbirlərlə düşmən təxribatının qarşısının alındığı bəllidir. Nəzarət bu deməkdir. Müdafiə nazirinin cəbhə bölgəsində olmasıyla bağlı xəbəri nazirliyin mətbuat xidməti özü yaymışdı. Və digər materiallar da var.

Təbii ki, Zakir Həsənov cəbhə bölgəsində tez-tez olur və ordakı vəziyyətlə özü konkret olaraq maraqlanır, tanış olur. Müdafiə naziri kimi lazımi tapşırıqlar verir. Bu, yeni bir şey deyil.

Qriqoryanda hansısa foto-video görüntülər varsa, deyəsən onlar bizim mətbuatımızda yayılan materiallardır. Əgər o nəzarətdə saxlayırdısa, heç olmasa hansısa dəlil, sübut gətirərdi və ya çəkib təqdim edərdi”.

Ş.Ramaldanov qeyd edib ki, Müdafiə Nazirinin cəbhə bölgəsində olması heç kimə sirr deyil, bunu gizlətmirik:

“Qriqoryanın sözündən belə çıxır ki, hər hansı bir təsir göstərə bilərdi. Bu da cəfəngiyyatdan başqa bir şey deyil. Bilirsiniz, irimiqyaslı hərbi təlimlər gedirdi və bu, müəyyən bir şəkildə Ermənistan cəmiyyətini narahat edirdi, təşvişə salmışdı. Bununla əlaqədar onların ekspertləri də öz fikirlərini söyləmişdilər. Ona görə də bir formada cəmiyyəti sakitləşdirmək üçün göstərmək istəyirlər ki, guya onlar nəyəsə nəzarət edirlər. Onlar müşahidə edə bilərlər, amma nəzarət yox.

Ermənilərin öz postlarından bizim təmas xəttimizi müşahidə etməsi mümkündür. Təbii ki, nəzarət bizim Silahlı Qüvvələrin əlindədir. Azərbaycanın Müdafiə nazirliyi rəsmi olaraq bununla bağlı öz mövqeyini bəyan edib. Hesab edirəm ki, erməni tərəfi yenə də ürəyindən keçənləri doğru kimi qələmə verərək bu məlumatı yayıb”.

Qeyd edək ki, A.Qriqoryan bildirib ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov cəbhə xəttində olarkən Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olub. Onun sözlərinə görə, azərbaycanlı nazir erməni ordusunun nəzarəti altında təmas xəttindən gedib. Məsələ ilə bağlı “Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ifadəsi gülünc görünür. Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti altındadır”- deyə Azərbaycanın Müdafiə Nazirliyindən açıqlama verilib. “Yeni Sabah”

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*