Qorunmayan əmanətlərin də ödənişinə başlanılır-RƏSMİ
Qorunmayan əmanətlərin də ödənişinə başlanılır-RƏSMİ
04 Oktyabr 2016 / 10:26 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sığorta hadisəsi baş vermiş 9 bankdan 3 bank üzrə “Parabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Dekabank” ASC-nin qorunan əmanətçilərinin böyük əksəriyyətinə kompensasiyalar ödənilib və bu əmanətlər üzrə kompensasiyaların ödənişi artıq tamamlanmaq üzrədir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Bizimxeber.az-a daxil olan xəbərə görə, yaxın zamanlarda ləğvetmə prosesində olan sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 30 sentyabr 2016-cı il tarixinə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,675,532 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,705,056 manat, “Dekabank” ASC-nin 2,772,350 manat kompensasiya ödənilib.

Sözügedən 3 bank üzrə ümumilikdə 37,152,938 manat kompensasiya ödənilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə