Qohumları Pereslə vidalaşmaq üçün xəstəxanaya çağırıldı
Qohumları Pereslə vidalaşmaq üçün xəstəxanaya çağırıldı
27 Sentyabr 2016 / 23:38 / Baxış sayı: 2040
Font1 Font2 Font3 Font4
Bizimxeber

İki həftə öncə insultdan Tel- Əvivdəki “Tel ha-Şomer” xəstəxanasına yerləşdirilən İsrailin sabiq prezidenti Şimon Peresin vəziyyəti çox ağırlaşıb.

Həkimlər Peresin qohumlarını xəstəxanaya dəvət edərək onunla vidalaşmağı məsləhət görüblər.

Keçmiş prezidentin vəziyyəti sentyabrın 27-də anidən pisləşib. 93 yaşlı siyasətçini müalicə edən həkimlər artıq onu həyata qaytarmağın çox çətin olduğunu bildiriblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə