“Qoç ət”in 40 min manatını mənimsəyən …
“Qoç ət”in 40 min manatını mənimsəyən …
27 Sentyabr 2016 / 15:52 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  mənimsəmədə təqsirləndirilən “Qoç ət” MMC-də satış meneceri çalışmış Etibar Aslanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Virtualaz.org-un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Etibar Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti ) tədbiq edilib. Ona 3 il sınaq müddəti verilib. Etibar Aslanov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Etibar Aslanov “Qoç Ət” MMC-də satış meneceri çalışıb. O, ümumilikdə MMC-in 40 min manatını mənimsiyib. Etibar Aslanov Cinayət Məcəlləsinim 179.3.2 ( külli miqdarda mənimsəmə) maddəsi ittiham verilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə