Qobustanda torpaq sürüşməsi — İnsanlar təşvişdə
Qobustanda torpaq sürüşməsi — İnsanlar təşvişdə
12 Noyabr 2016 / 23:29 / Baxış sayı: 802
Font1 Font2 Font3 Font4
Bizimxeber

Torpaq sürüşməsi bu dəfə Qobustan rayonunda qeydə alınıb.

“ARB Şəki”dən  verilən məlumata görə, rayonun Çuxanlı kəndində ötən illərdə yaşanan torpaq uçqunu bir həftədir ki, yenidən aktivləşib. Ərazidə mövcud olan sürüşmə zolağı miqyasca böyük olsa da, sonuncu sürüşmə nöqtəsində 1-2 metrlik yarğanlar yaranıb. Yağışlardan sonra yamaclarda kiçik yarğanlar əmələ gəlib.

Sürüşmə zolağının üzərində bir ev yerləşir. Ev sahibinin sözlərinə görə, torpaq qatının altında çox sayda qurunt suları yığılıb ki, bu da sürüşmələrə səbəb olur. Sürüşmə bu cür davam edərsə, yaxınlıqdakı ev təhlükə artına düşə bilər. Qarşısı alına bilməyən torpaq qatı yuxarıdan evə doğru hərəkət edir. Mövcud problemlə bağlı rayon FHK -na məlumat verlib.

Xatırladaq ki, sonuncu dəfə həmin ərazidə 2010-cu ildə böyük uçqunlar qeydə alınıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə