“Qızıl Məryəm”in ölümü ilə bağlı məhkəmə qapalı keçirilir- JURNALİSTLƏR ÇIXARILDI
“Qızıl Məryəm”in ölümü ilə bağlı məhkəmə qapalı keçirilir- JURNALİSTLƏR ÇIXARILDI
23 Sentyabr 2016 / 11:50 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün “Qızıl Məryəm” kimi tanınan 1965-ci il təvəllüdlü Məryəm Nametzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilləri cinayət işində ailə sirləri olduğuna görə prosesin qapalı keçirilməsi barədə vəsatət verilib. Vəsatət təmin edilib. Jurnalistlər prosesdən çıxarılıb.

Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, “Qızıl Məryəm” ləqəbi ilə tanınıb. /Lent.az/

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə