“Qızıl Məryəm”i öldürənlərə YARIM ƏSRLİK həbs tələbi
“Qızıl Məryəm”i öldürənlərə YARIM ƏSRLİK həbs tələbi
24 Oktyabr 2016 / 17:46 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu gün “Qızıl Məryəm” kimi tanınan Məryəm Nametzadənin qətlində təqdirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Günel Hüseynovanın 19 il, Nicat Eyvazovun 10  il, Ceyhun  Əsgərovun isə 20 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə oktyabrın 28-i davam edəcək.

Qeyd edək ki, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nametzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib. Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu,  1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə