Qırğızıstan prezidentinin vəziyyəti ağırlaşdı -Xəstəxanaya aparıldı
Qırğızıstan prezidentinin vəziyyəti ağırlaşdı -Xəstəxanaya aparıldı
20 Sentyabr 2016 / 12:42 / Baxış sayı: 388
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qırğızıstan prezidenti Almazbek Atambayev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisin Toplantısına qatılmaq üçün İstanbuldan təyyarəyə minərkən səhhətində ciddi problem yaranıb.

Prezidentin rəsmi internet saytında qeyd edilib ki, sinə ağrısından şikayətçi olan Atambayevə ilk müdaxiləni edən həkimlər, prezidentinin təcili xəstəxanaya qaldırılmasını və həkim nəzarətinə keçməsini məsləhət ediblər.

Nyu York səfəri ləğv edilən Atambayev yerinə, xarici işlər naziri Erlan Abdıldayevin BMT Baş Məclisinin 71-ci iclasına qatılacaq Qırğız heyətinə başçılıq edəcək. Prezident Atambayev, bir müddət Türkiyədə həkim nəzarətində qalacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə