Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi.
Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi.
26 Oktyabr 2016 / 13:59 / Baxış sayı: 830
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezidentin saytında məlumat verilir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev hökuməti istefaya göndərdi.

Bizimxeber.az saytı xarici mediaya istinadən xəbər verir ki, “Qırğızıstan Respublikasının istefaya gedən hökuməti 2 noyabr 2015-ci ildə birləşmiş “Qırğızıstan”, “Onuqqu-Proqres”, “Ata Meken”, fraksiyalarının razılığı ilə birləşmiş koalisiya  idi”

Qeyd edilir ki, istefa qərarı parlament koalisiyasının dağılması səbəbi ilə baş tutub. Belə ki, Sosial Demokrat partiyasının fraksiyasının koalisiyanı tərk etməsi onun parçalanmasının əsas səbəbi olub.

Hazırki hökumət isə yeni hökumətin tərkibi üzvləri və adminstrativ idarəçilərin təyinatına kimi vəzifələrini icra etməyə davam edəcəklər.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə