Qırğızıstan parlamenti hökumətin strukturunu təsdiq edib
Qırğızıstan parlamenti hökumətin strukturunu təsdiq edib
10 Noyabr 2016 / 11:36 / Baxış sayı: 1558
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hökumətin strukturu və Proqramı təsdiq olunub

 

Qırğızıstanın Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekovun təqdimatına əsasən ölkə parlamenti-Joqorku Keneş noyabrın 9-da keçirilən plenar iclasında Hökumətin strukturunu və Proqramını təsdiq edib.

Sooronbay Jeenbekov Qırğızıstanın Baş naziri, Muxammetkalıy Abulqaziev birinci müavin, Oleq Pankratov, Çolpon Sultanbekova və Jeniş Razakov Baş nazirin müavinləri, Akılbek Osmonaliev nazir ranqında Hökumət Aparatının rəhbəri vəzifələrinə təsdiq ediliblər.

Parlamentin iclasında Arzıbek Kojoşevi iqtisadiyyat, Adılbek Kasımaliev maliyyə, Nurbek Muraşev kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, Jamşitbek Kapilov nəqliyyat və yollar, Uran Axmetov ədliyyə, Erlan Abdıldaev xarici işlər, Ulan İsrailov daxili işlər, Kubatbek Boronov fövqəladə hallar, Talantbek Batıraliev səhiyyə, Tuqelbay Kazakov mədəniyyət, informasiya və turizm, Qulmira Kudayberdieva təhsil və elm, Talaykul İsankulov əmək və sosial inkişaf nazirləri vəzifələrinə təyin ediliblər.

İclasda Duyşenbek Zilaliev sənaye, energetika və təbii sərvətlər, Bakıt Şarşenbiev informasiya texnologiyaları və rabitə, Abdil Seqizbaev milli təhlükəsizlik komitələrinin sədrləri vəzifələrinə təsdiq olunublar. (AZƏRTAC)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə