Qeyri-sabit hava oktyabrın 27-dək davam edəcək
Qeyri-sabit hava oktyabrın 27-dək davam edəcək
24 Oktyabr 2016 / 12:42 / Baxış sayı: 502
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək, arabir yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Sabah havanın temperaturu gecə 7-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11° isti olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə