Qazaxıstan SOCAR-ın “Avrasiya” layihəsində iştirakını istəyir
Qazaxıstan SOCAR-ın “Avrasiya” layihəsində iştirakını istəyir
22 Sentyabr 2016 / 15:52 / Baxış sayı: 228
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazaxıstan tərəfi Azərbaycana Dövlət Neft Şirkəti (SOCAR) qismində “Xəzərin Avrasiya çökəkliyi” – regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak etməyi təklif edib.

“İnterfaks-Qazaxıstan” agentliyi xəbər verir ki, bu barədə Azərbaycan-Qazaxıstan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 13-cü yığıncağının protokolunda qeyd olunub.

Bundan başqa protokola əsasən, tərəflər ortaq energetika layihələrinin həyata keçirilməsi, Xəzər dənizi regionundan neft və neft məhsullarının dünya və Avropa bazarlarına çatdırılması sahəsində marşrutların şaxələndirilməsinə istiqamətlənmiş əməkdaşlığın inkişafı, Batumi neft terminalından Azərbaycan maye qazının nəql edilməsi imkanlarının öyrənilməsini razılaşdırıblar.

Xatırladaq ki, “Avrasiya” layihəsini 2014-cü ilin sentyabr ayında Rusiya və Qazaxıstan prezidentləri işə salıblar. Layihə çərçivəsində 15 km. dərinliyə malik quyuların qazılması nəzərdə tutulub. Qazma işləri nəticəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 km. dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi planlaşdırılıb.

Layihənin 2016-cı ildən reallaşdırılması nəzərdə tutulub. 6 il davam edəcək layihəyə 523 mln. ABŞ dolları xərc çəkiləcək. Layihəyə Rusiyanın “Lukoil”, “Rosneft”, Böyük Britaniyanın “Shell”, ABŞ-ın “Chevron”, Çinin isə “CNPC” neft-qaz şirkətləri maraq göstərir.(“Report”)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə