Qazaxıstan hökuməti istefa verəcək
Qazaxıstan hökuməti istefa verəcək
08 Sentyabr 2016 / 10:35 / Baxış sayı: 576
Font1 Font2 Font3 Font4
Bizimxeber

Baş nazir Kərim Masimov da daxil olmaqla, Qazaxıstan hökuməti sentyabrın 9-da istefa verəcək.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, sentyabrın 9-da ölkə prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Nazirlər Kabinetinin genişləndirilmiş iclası keçiriləcək.

Qeyd edək ki, Kərim Masimov birinci dəfə 2007-2012-ci illərdə baş nazir olub. O, 2012-2014-cü illərdə Qazaxıstan prezidenti adminstrasiyasının rəhbəri vəzifəsində işləyib. 2014-cü ilin aprelindən yenidən Nazirlər Kabinetinə başçılıq etməyə başlayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə