Qazaxıstan “Gülən”çi müəllimləri ölkədən qovacaq
Qazaxıstan “Gülən”çi müəllimləri ölkədən qovacaq
05 Avqust 2016 / 19:32 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyədə rəsmi səfərdə olub. Həmkarı Nursultan Nazarbayev ilə görüşən Ərdoğan Qazaxıstandakı “Gülən” məktəbləri ilə bağlı müzakirə apardıqlarını açıqlayıb: “FETÖ tək Türkiyədə deyil, fəaliyyət göstərdiyi digər ölkələrdə də təhlükə mənbəyidir. Bununla bağlı narahatlığımı Nazarbayevə çatdırdım”.

Qazaxıstan prezidenti isə yaxın vaxtlarda ölkədəki “Gülən” məktəblərində işləyən müəllimlərin məsələsinə baxılacağını deyib: “Türkiyəyə qarşı addım atan heç kimi dəstəkləməyəcəyik.  Qərara aldıq ki, iki ölkənin Təhsil Nazirlikləri birgə komissiya yaratsın və həmin şəbəkə ilə əlaqəsi olan müəllimlər üzə çıxarılsın. Biz onların hamısını ölkədən çıxaracağıq. Əvəzində isə Türkiyədən başqa müəllimlər göndərməsini xahiş edəcəyik”.

N.Nazarbayev sözlərinə belə davam edir: “ Biz rəhmətlik Özalla təhsillə bağlı müqavilə imzalamışdıq. Amma orada “Gülən” və ya başqa nə isə olduğunu hiss etməmişdim”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə