“Qaz əhaliyə maya dəyərindən 4 dəfə baha qiymətə satılır”
“Qaz əhaliyə maya dəyərindən 4 dəfə baha qiymətə satılır”
30 Noyabr 2016 / 13:19 / Baxış sayı: 1000
Font1 Font2 Font3 Font4
Bizimxeber

İqtisadçı-ekspert Qadir İbrahimli qiymət artımı ilə bağlı azadliq.info-ya müsahibəsində, hökumətin qərarının əhaliyə ciddi zərbə vuracağını bildirib.

“Bu tənzimləmə deyil, bahalaşmadır. Özü iqtisadi və sosial mahiyyəti olmayan bahalaşma”.

“İkincisi tariflərin differensiallaşmasından söhbət gedirsə, burada 100 faizli keçid absurddur. İldə 1500 kubmetr qaz istehlak edən abonent xidmət haqqını 10 qəpiklə ödəyəcək, bu limitdən sonrakı həcmlər üçün 20 qəpikdən hesablanacaq. Differensiyada belə “akrobatik tullanışlar” ola bilməz. Ən yaxşı halda limitdən ötənlər üçün artımlar 10-15 faiz ola bilərdi. Eyni sözlər elektrik enerjisinə də aiddir. Aylıq limit 7 qəpikdən 250 kilo/vaat müəyyənləşib. Bu limitdən yuxarı istehlak isə 11 qəpikdən (72 faiz çox) hesablanacaq. Üçüncüsü, aztəminatlı təbəqəyə ayrılan limit çox azdır. Ən kasıb ailələr belə qışda hər ay 400-500 kubmetr qaz istehlak edir. Rayon yerlərində isə istehlak həddi daha yüksəkdir. Köhnə qaz sobaları istehlakda qənaət rejiminə imkan vermir”.
Ekspert qiymət artımına heç bir zərurət olmadığını da bildirib: “”Barmek”in dövründə əhaliyə elektirik enerjisi 2 qəpiyə satılırdı. Bu pulla “Barmek” həm topdansatış xərclərini ödəyirdi, həm gəlir götürürdü, həm də öz vəsaiti hesabına 300 milyon dollar investisiya qoymağı planlayırdı.
“Barmek”i qovdular, elektrik enerjisini 3,5 dəfə qaldırdılar. Ancaq yenə də dövlət büdcəsi hesabına “Azərişiq”a 1,2 milyrd dollar investisiya yatırdılar. Bəs nəticə hanı? Bütün vəsaitlər korrupsiya yeminə çevrilib. Azərbaycan Rusiyadan qaz idxal edəndə, 1 kubmetr qaz 0,6 qəpiyə əhaliyə satılırdı. İndi Azərbaycan qaz ixrac edir və qaz əhaliyə 20 qəpiyə satılır. Yəni qazın qiyməti düz 33 dəfə bahalaşıb. 1 kubmetr qazın maya dəyəri 4,7 qəpikdir. Yəni qaz əhaliyə maya dəyərindən 4 dəfə baha qiymətə satılır. Bunun dünyada anoloqu yoxdur. Ticarət güzəşti uzağı 20-25 faiz ola bilər. Yəni 4,7 qəpiyə maya dəyəri olan qaz uzagı əhaliyə 7 qəpiyə satılmalıdır. Satışdan əldə olunan fantastik gəlirlər fantastik korrupsiya fantaziyalarının qurbanı olur”.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə