Əsas menu

Qaxın təyin olunan deputatı şəhidin dəfninə niyə gəlməyib?   

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Aqil Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qax rayonu ictimaiyyəti – rayon icra strukturlarının rəhbərləri, məktəb kollektivləri, sıravi qaxlılar şəhid Aqil Omarovun dəfnində və yas mərasimində yaxından iştirak ediblər. Diqqəti çəkən məqam və qaxlıların ən çox gözlədikləri məsələ isə Qax rayonundan deputat seçilmiş Azər Kərimlinin bu günlərdə rayonda görünməməsi oldu.

Azər Kərimli nəinki şəhidin dəfnində iştirak etmədi, hətta mərhumun yas mərasimlərində Qaxa gəlmədi və bu barədə ümumiyyətlə mətbuata hər hansı bir açıqlama vermədi.

Qax sakinləri sosial şəbəkələrdə ən çox bu barədə fikirlərini bölüşür və Azər Kərimlinin artıq uzun illərdir davam edən bu laqeyd münasibətini anlaya bilmirlər.

Qaxlılar ümid edir ki, deputat Azər Kərimli bundan sonra Qax camaatının ağrılı-acılı günlərində qaxlıların yanında olacaq və bir deputat kimi öhdəsinə düşən vəzifəni vicdanla yerinə yetirəcək…

Mənbə: Qax.org.az

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*