Qarpızsatanlar desantların qorxusundan işə çıxmadı
Qarpızsatanlar desantların qorxusundan işə çıxmadı
02 Avqust 2016 / 12:18 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın Lipetsk şəhərinin Mərkəzi bazarı bu gün səhər saatlarından etibarən boşdur.

Virtualaz.org xəbər verir ki, bazarın qarpız və yemiş satılan uzun piştaxtalarının arxasında heç kim yoxdur, yerli media xəbər verir ki, Dağıstandan və Azərbaycandan olan qarpızsatanların heç biri bu gün işə çıxmayıb. Səbəb isə sadədir: bu gün Rusiyada Hava-Desant Qüvvələri Günüdür. Ənənəvi olaraq hər dəfə bu bayram qeyd olunanda Rusiya desantçıları küçələrə çıxır və bayramlarını bazarlarda “qaraları əzişdirməklə” qeyd edirlər. Onlar xüsusən qarpızsatanlara hücum edir və mallarını dağıdırlar.

Elə Lipetsk bazarının qarovulçusu da qarpızsatanların işə desantçılar Gününə gör çıxmadıqlarını deyir: “Yəqin desantçılardan qorxublar”. Yerli GOROD48 portalı yazır ki, bazarda cəmi iki nöqtədə qarpız satırdılar. Bunlar isə yerlilərdir. “Biz heç kimdən qorxmuruq. Mən rus qadınıyam. Qastarbayter deyiləm”-satıcılardan biri qəzəblə jurnalistə deyir. Qadın bildirir ki, bu gün heç kimə müftə qarpız verən deyil. “Kim olmağından asılı olmayaraq istənilən “zolaqlı” ilə dil tapa bilərəm. Mən keçmiş pedaqoqam, uşaq bağçasında tərbiyəçi olmuşam”. Yaşlı azərbaycanlı isə kənardan söhbətə qarışır və desantçıların tərbiyəsinə şübhə edir: “Əgər onlara orduda mədəniyyət öyrətməyiblərsə bu gün də özlərini ağa kimi aparacaqlar”.

Hərçənd ki, desantçılar axırıncı dəfə Lipetsk bazarında qarpızları bir neçə il əvvəl dağıdıblar. Satıcılardan biri deyir ki, bu hadisə 2007-ci ildə olub. Bakıdan olan digər satıcı isə düzəliş verir: “Yox, Yeltsinin vaxtında idi”. Buna baxmayaraq qarpızsatanların gözü qorxub. Zolaqlı köynək geyən desantçıların bayram günü  zolaqlı bostan bitkisini dağıtmayacaqlarına təminat yoxdur…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə