“Qarpız-yemiş yetişdirməklə bala başı saxlamaq olmaz…” – Əbülfəz Məlikov halından heç də məmnun deyil
“Qarpız-yemiş yetişdirməklə bala başı saxlamaq olmaz…” – Əbülfəz Məlikov halından heç də məmnun deyil
21 Oktyabr 2016 / 18:56 / Baxış sayı: 1808
Font1 Font2 Font3 Font4
Bizimxeber

Neçə müddətdir ki, yerli KİV-lərdə “Trans-Broker” MMC-nin sabiq sədri Əbülfəz Məlikovla bağlı müxtəlif iddialar səsləndirilməkdədir. Xatırladaq ki, Əbülfəz Məlikov dünənə qədər gömrük sisteminin QARA KASSASI rolunu oynayıb və onun sayəsində büdcədən milyonlarla vəsait oğurlanaraq, mənimsənilib. Əslində bu ağır ittihamı üzərində daşıması səbəbindən Əbülfəz Məlikov çoxdan həbs olunmalı idi.

DİA.AZ bildirir ki, amma görünəni odur, Məlikov nəinki həbs olunmadı, əksinə, zaman-zaman Dövlət Gömrük Komitəsinə bir alternativ qurumun hökmranlığını həyata keçirə bildi. Təbii ki, bu işdə onun hansı üsullarla və dairələrin hesabına möhkəmləndiyi hər kəsə bəllidir.

Lakin sonradan dövlətin gömrük siyasətini sərtləşdirməsi, gömrük orqanlarına nəzarəti gücləndirməsi Əbülfəz Məlikovun səltənətinin üzərindən xətt çəkilməsinə nədən oldu. Onun rəhbəri olduğu broker şirkəti ilə yanaşı sədrliyi də ləğv olundu.

İndi isə Əbülfəz Məlikov yeni qiyafədə və tamamən yeni təqdimatda ortaya çıxmaqdadır. Artıq qalstuk taxaraq hətta rəsmi şəxslərin yanında, bəzən də masalarının başında belə əyləşdirilən Əbülfəz Məlikovun keçmişinə hansısa iddiamız yoxdur. Hər kəs bir gün tum satan olub, ertəsi gün ən ali qurumlarda belə təmsil oluna bilər. Amma buna da haqq etmək lazımdır ki, Məlikovda həmin zəruri keyfiyyətin tam əksini görməkdədyik. Bir daha qeyd edirik ki, DGK-da qərarlaşıb büdcədən yayındırdığı milyonların hesabını sormağa qalxarlarsa, onun dayana biləcəyi ən yaxşı məqam elə müttəhimlər kürsüsü ola bilər. Amma bizlər bunun tam əksini görməkdəyik.

Bu dəfə yenidən meydana çıxan Məlikov əslində neçə müddət idi ki, “doymuş karbohidrogen” olaraq özünə ehtiyat enmə zolağı tədarük etməkdə idi. Yəni bir “kökəlmiş”, “ətə-qana gəlmiş” Məlikov bu ilin əvvəlindən özünə yeni məkan, yeni təqdimat forması cızmaqda idi. Biz də onu “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri kimi görəndə xeyli təəccübləndik.

"Qarpız-yemiş yetişdirməklə bala başı saxlamaq olmaz..."Hətta bu ilin mayında Məlikovun “Tarla günləri” adlı tədbir düzənləyərək ölkədə fermer təsəsrrüfatlarının inkişafına dəstək verməsi təşəbbüsləri də hər kəsi heyrətləndirdi. Amma deyəsən, bu heyrətimiz uzun sürməyib. DİA.AZ-a məlumat verən bilgili qaynaq iddia edir ki, Əbülfəz Məlikov artıq “fermer-mermer” oyunundan bezib. Mənbənin söylədikləri: “Özü hər yerdə deyir ki, “Qarpız-yemiş yetişdirməklə bala başı saxlamaq olmaz…” Yəni hazırki durumundan və işindən narazıdır”.

Təbii ki, onun bu etirazlarının kimə ünvanlandığı da məlumdur. Və məlum olan çox şeylər var ki, bu barədə də növbəti yazımızda danışacağıq. Bizi izləyin…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə