Qardaşı gözünün qarşısında adam döyən prokurora -AĞIR CƏZA
Qardaşı gözünün qarşısında adam döyən prokurora -AĞIR CƏZA
10 Noyabr 2016 / 15:28 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bakı Şəhər Prokurorluğunun əməkdaşı işdən çıxarılıb. Bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakı şəhər Prokurorluğunda istintaqa nəzarət şöbəsinin prokuroru Elçin Ələkbərov prokuror vəzifəsinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün orqandan xaric edilib. 

Məlumata görə, E. Ələkbərov qardaşının törətdiyi cinayətin qarşısını almadığı üçün işdən çıxarılıb. Belə ki, onun qardaşı Emin Ələkbərli Bakı şəhər sakini Nicat Quliyevi döyüb. Hadisə baş verən zaman Elçin Ələkbərov da orada olub. O, hadisənin şahidi olsa da, vəzifə borcunu yerinə yetirməyərək cinayətin qarşısını almayıb.

Onu da əlavə edək ki, sabiq prokurorun qardaşı E. Ələkbərlinin N. Quliyevi döyməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Hazırda həmin iş üzrə məhkəmə gedir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə