Qaraçıların oğurladıqları oğlan tapılıb – 16 il sonra
Qaraçıların oğurladıqları oğlan tapılıb – 16 il sonra
05 Avqust 2016 / 17:08 / Baxış sayı: 854
Font1 Font2 Font3 Font4
Bizimxeber

Volqoqradda qaraçıların 16 il əvvəl Rostovda oğurladıqları cavan oğlan tapılıb. Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin əyalət üzrə şöbəsindən məlumat verilib.

Hazırda 22 yaşı olan gənc 2000-ci ildə, 6 yaşı olarkən Rostov vilayətinin Şaxta şəhərində, anasının satışı işlədiyi bazarda itib. Hüquq-mühafizə orqanları uşağı tapa bilmədikləri üçün “öldürülmə” maddəsi ilə cinayət işi açıblar.

2016-cı ilin iyulunda Volqoqrad polisinin əməkdaşları təsadüfən, sənədlərini yoxlayarkən onu tapıblar. 22 yaşlı oğlan maşın parkındakı “Qazel” maşınınına pəncərədən girərək, orada yatıbmış. Polisdən bildiriblər ki, 22 yaşlı bu oğlan, yazmağı, oxumağı bacarmır, zaman fərqini anlamır. Oğrular polisdə sorğu-sual zamanı günahlarını boyunlarına alıblar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə