Qarabağın qaytarılmasından narahat olan erməni ekspertdən İDDİA
Qarabağın qaytarılmasından narahat olan erməni ekspertdən İDDİA
12 Avqust 2016 / 14:11 / Baxış sayı: 648
Font1 Font2 Font3 Font4
Bizimxeber
“Məndə dəqiq informasiya var ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin sonuncu dəfə üçtərəfli görüşündə “Lavrov planı” müzakirə olunub”.
Bu barədə erməni politoloq Tatul Akopyan Rusiya mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqların gedişatında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının Azərbaycana qaytarılması nəzərdə tutulur: “Dağlıq Qarabağa daha yüksək səviyyəli status verilir. Bunun qarşılığında Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarının çıxaracaq”.
Erməni ekspert əlavə edib ki, Azərbaycanda son vaxtlar müharibə çağırışlarının azalması da Qarabağla bağlı mühüm danışıqların aparıldığını deməyə əsas verir.
“Görünür, Moskva Bakıya ərazilərin qaytarılması ilə bağlı vəd verir”, – deyə o bildirib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə