“Qarabağa doğru” filmi təqdim edildi – Foto
“Qarabağa doğru” filmi təqdim edildi – Foto
20 Oktyabr 2016 / 14:19 / Baxış sayı: 1170
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 iyul – 15 oktyabr 2016-cı il tarixlərdə “Vətən üçün hazır ol!” layihəsini həyata keçirib.

Layihə çərçivəsində ilk tədbir 20 sentyabr tarixdə Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.

Qalib və mükafatçılar müvafiq qiymətli hədiyyələr və müvafiq diplomlarla təltif olunublar. İkinci tədbir 03 oktyabr tarixdə Qazax Dövlət Rəsm Qalereyasında gənc rəssamlar arasında təşkil olunan rəsm müsabiqəsi idi. Müsabiqədə mövzu ilə bağlı əl işləri nümayiş olundu. Qalib və mükafatçılar müvafiq qiymətli hədiyyələr və müvafiq diplomlarla təltif olunublar.

Bundan başqa, layihə çərçivəsində 2016-cı ilin aprel şəhidləri – kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgər Orxan Əliyevə həsr olunmuş “Qarabağa doğru” adlı sənədli-bədii filmin çəkilişləri həyata keçirilib. Film rayonun Fərəhli, Yuxarı Salahlı və Aslanbəyli kəndlərində, eləcə də, “N” saylı hərbi hissədə və Daş Salahlı kəndi ərazisində yerləşən meşəlik ərazidə aparılıb. 14 oktyabr 2016-cı il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində filmin təqdimat mərasimi keçirilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə