“Qarabağ”-“Slovan” oyunu Mərdəkanda keçiriləcək
“Qarabağ”-“Slovan” oyunu Mərdəkanda keçiriləcək
30 Avqust 2016 / 15:45 / Baxış sayı: 600
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Qarabağ” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turunda Çexiya “Slovan”ını Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da qəbul edəcək. Bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Ə.Çəlikəlin sözlərinə görə, bu gün Bakı Olimpiya Stadionuna da baxış keçirildikdən sonra belə qərar qəbul edilib: “Bu gün əməkdaşlarımız Bakı Olimpiya stadionunda olub. Arenaya baxış zamanı ot örtüyünün Tofiq Bəhramov adına Respublika stadionunkundan ciddi fərqlənmədiyi qənaətinə gəlinib. Ona görə də digər variantımız olan “Dalğa Arena”da oynamağa qərar vermişik”.

“Qarabağ” rəsmisi stadion seçimi barədə UEFA-nı da məlumatlandıracaqlarını və təsdiq cavabı alacaqları təqdirdə, “Slovan”ı “Dalğa Arena”da qəbul edəcəklərini bildirib. O, digər ev oyunlarını isə icarəyə götürdükləri Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini açıqlayıb: “Hazırda Respublika stadionunda ot örtüyünün təmirinə başlanılıb. Düşünürəm ki, ikinci ev oyunumuzadək öz stadionumuz hazır vəziyyətə gələcək və oyunlarımızı orada keçirəcəyik”.

Virtualaz.org əlavə edir ki, “Dalğa Arena” cəmi 6500 tamaşaçı üçün nəzərdə tutulub. Belə məlum olur ki, “Qarabağ”ın qrup mərhələsindəki ilk oyununu heç də bütün arzu edənlər izləyə bilməyəcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə