“Qarabağ” pley-off mərhələsi üçün mübarizə aparacaq
“Qarabağ” pley-off mərhələsi üçün mübarizə aparacaq
02 Avqust 2016 / 12:29 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Rəqib Çexiyanın “Viktoriya Plzen” klubudur.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanarsa, tarixində ilk dəfə ən nüfuzlu qitə turnirinin pley-off mərhələsinə yüksələcək. Ağdamlılar bu mərhələni də keçəcəyi təqdirdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. Əks halda, komanda Avropa Liqasının qrupunda oynayacaq.

“Qarabağ” Çexiya təmsilçisini məğlub edə bilmədiyi təqdirdə isə Avropa Liqasının pley-off-unda mübarizəyə davam edəcək.

“Viktoriya” ilə ilk oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qaşrılaşma saat 20:30-da başlayacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə