“Qarabağ” əks-hücumlar üçün imkan qazandı” – “Viktoriya”nın baş məşqçisi
“Qarabağ” əks-hücumlar üçün imkan qazandı” – “Viktoriya”nın baş məşqçisi
27 İyul 2016 / 12:58 / Baxış sayı: 790
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünən Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Çexiyanın Plzen şəhərində “Viktoriya” klubunun qonağı olub.

Qaynarinfo.Az xəbər verir ki, qolsuz heç-heçə ilə başa çatan görüş ilə bağlı hər 2 komandanın baş məşqçisi fikirlərini bildirib:

Roman Pivarnik: “Biz daha fəal olub, müsbət nəticə qazanmaq istəyirdik. Lakin rəqib çox yaxşı komanda olduğunu bir daha təsdiqlədi. Oyun ərzində çox əlverişli 2 qol imkanımız oldu. Həmin imkanlardan yararlanmalı idik. II hissədə təzyiqi daha da artırdıq. Amma belə olanda “Qarabağ” əks-hücumlar üçün imkan qazandı. Bu üzdən təzyiqi nisbətən azaltmağa məcbur olduq. Xüsusilə də Yan Baranekin meydanı tərk etməsindən sonra. Qələbə qazanmadıqda evdə ən qənaətbəxş nəticə qolsuz heç-heçədir. Azlıqda qalandan sonra risk edib, irəli atılmaq cəsarət tələb edirdi. Bu olmadığı üçün oyunçularımı qınaya bilərəm”.

Qurban Qurbanov: “Oyundan əvvəl bildirdiyim kimi, “Viktoriya” özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə